Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini G.Cəfərova saxlanılmışdır
26.01.2020Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini G.Cəfərova saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2,5 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş S.Əliyev metamfetamin və metadon həbi satarkən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 15 qram heroin və 15 qram metamfetamin, evindən isə 1 kiloqram 65 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.