Binə qəsəbəsi ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən H.Hüseynov və Ə.Əmirxanov saxlanılmışlar
24.01.2020Yanvarın 23-də Binə qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Hüseynov və Ə.Əmirxanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.
Araşdırma aparılır.