Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxslərdən ümumilikdə 1 kiloqram 410 qram marixuana götürülmüşdür
24.01.2020Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Nabran kənd sakini K.Qurbanalıyev, Dalğalı kənd sakini R.Ağabalayev və Bakı şəhər sakini H.Mehdiyev saxlanılmışlar. Onlardan ümumilikdə 1 kiloqram 410 qram marixuana götürülmüşdür.