Paytaxtın 28 May küçəsindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən C.Kərimov saxlanılmışdır
24.01.2020Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 19-da 28 May küçəsindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş C.Kərimov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun digər bir mağazadan da noutbuk oğurlaması müəyyən edilmişdir.