Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu qəsəbə sakini S.Quliyevin qaçırılmış avtomobili müəyyən edilərək saxlanılmışdır

22.01.2020

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilmişdir.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin yanvarın 22-də Hacıqabul-Horadiz yolunun 92-ci kilometrliyində hərəkətdə olması müəyyən edilmişdir.

Görülmüş tədbirlərlə BDYPİ-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılmış, onu idarə edən S.Quliyevlə birgə İmişli RPŞ-yə təhvil verilmişdir.

Araşdırma aparılır.