Quldurluq etməkdə şübhəli bilinən A.Muradlı polis əməkdaşları tərəfindən saxlanılmışdır
22.01.2020Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini D.Əhmədov yanvarın 16-da saat 23 radələrində rayon ərazisindəki qəbristanlıqda 3 nəfərin onu bıçaqla hədələyərək 600 manat tələb etmələrini, olmadığını dediyindən döyüb mobil telefonunu aldıqlarını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən A.Muradlı polis əməkdaşları tərəfindən saxlanılmışdır.