Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər İran vətəndaşı saxlanılmışdır
22.01.2020Biləsuvar RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Arazbarı kəndi ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər İran vətəndaşı saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan 5 kiloqram 500 qram heroin, 5 kiloqram 300 qram tiryək və 5 kiloqram 600 qram metamfetamin, habelə nömrəsi silinmiş “Makarov” markalı tapança, 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı götürülmüşdür.
Araşdırma aparılır.