Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobillə 45-50 yaşlı kişi vurulmuşdur
21.01.2020Yanvarın 21-də saat 19 radələrində Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində Abşeron rayon sakini N.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.