Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini F.Paşayev saxlanılmışdır
21.01.2020Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 həyətyanı sahədən su mühərriki, 2 avtomobildən güzgü və maqnitofon, habelə N.Mustafayevanın içərisində ərzaq məhsulları və geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşayev saxlanılmışdır.