Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ə.Ələmov saxlanılmışdır
21.01.2020Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Ələmov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 520 qramdan artıq heroin, 265 qrama yaxın metamfetamin və 508 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.