Bakı şəhər sakini Z.Hadıyev saxlanılmışdır
21.01.2020Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə yanvarın 18-də Türkan qəsəbə sakini N.Məmmədovun “Forland” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür.
Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanları üzərində olan “Daewoo” markalı avtomobilin hərəkətdə olması aşkar edilmişdir.Qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hadıyev Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.