Bakı şəhər sakini Q.Zeynalovun avtomobilindən açıq talama yolu ilə mobil telefonunu aparmaqda şübhəli bilinən Q.Abdullayev saxlanılmışdır
15.01.2020Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Zeynalov yanvarın 15-də saat 18 radələrində M.Şərifzadə küçəsində bir nəfərin ona məxsus “Ford” markalı avtomobildən açıq talama yolu ilə mobil telefonunu apardığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Q.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.