Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Q.Zeynalovun avtomobilindən açıq talama yolu ilə mobil telefonunu aparmaqda şübhəli bilinən Q.Abdullayev saxlanılmışdır

15.01.2020

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Zeynalov yanvarın 15-də saat 18 radələrində M.Şərifzadə küçəsində bir nəfərin ona məxsus “Ford” markalı avtomobildən açıq talama yolu ilə mobil telefonunu apardığını bildirmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Q.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.     

Araşdırma aparılır.