Binəqədi rayonu ərazisindəki avtoyuma məntəqəsindən “BMW” markalı avtomobili qaçıraraq YNH törədən B.Cavadov saxlanılmışdır
15.01.2020DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilmişdir.B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.