Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini G.Məhərrəmov saxlanılmışdır
15.01.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş G.Məhərrəmov Abşeron rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın marixuana götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun evindən 420 qram marixuana aşkar edilərək götürülmüşdür.