Nərimanov rayonu ərazisində 3 yük avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
15.01.2020Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-dan 15-dək olan müddətdə rayon ərazisində 3 yük avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Sarıxanov və Kürdəmir rayon sakini H.Qasımov saxlanılmışlar.
Ətraflarında aparılmış tədbirlərlə onların daha 5 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilmişdir.