Əvvəllər məhkum olunmuş A.Şirəliyev paytaxt sakini R.Abdiyevi hədələyərək 3000 ABŞ dollarını alarkən saxlanılmışdır
13.01.2020Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Yasamal rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini, əvvəllər qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, dələduzluq, əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və xuliqanlığa görə məhkum olunmuş A.Şirəliyev paytaxt sakini R.Abdiyevi hədələyərək 3000 ABŞ dollarını alarkən saxlanılmışdır.