Binəqədi rayonu ərazisindəki 2 həyətyanı sahədən və 1 avtomobildən oğurluq törətməkdə, habelə 1 avtomobili qaçırmaqda şübhəli bilinən R.Məmmədov saxlanılmışdır
13.01.2020Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 həyətyanı sahədən 3 ev quşu və 1 ədəd qapı, 1 avtomobildən akkumulyator oğurlamaqda, habelə M.Seyidovun “Niva” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır.