Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini R.Hüseynov saxlanılmışdır
13.01.2020Göygöl RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini R.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun “Niva” markalı avtomobilindən 116 ədəd “Kontramal”, 56 ədəd “Pregabalin”, 127 ədəd “Tramadol”, “Metamfetamin” və heroin aşkar edilərək götürülmüşdür.