Mingəçevir şəhər sakini E.Nuriyevin idarə etdiyi avtomobildən marixuana aşkar edilərək götürülmüşdür
05.01.2020Daxil olmuş məlumat əsasında yanvarın 5-də saat 8 radələrində BDYPİ YPXA-nın Hacıqabul rayonunun Nəvai kəndi ərazisindəki stasionar postunda Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nuriyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır. Avtomobilin salonuna baxış zamanı oradan 325 qram marixuana aşkar edilərək götürülmüşdür.Sürücü E.Nuriyev və sərnişinləri - Yevlax şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar K.Xəlilov və R.Cəfərov saxlanılaraq Hacıqabul RPŞ-yə təhvil verilmişlər.Şəxsi axtarış zamanı R.Cəfərovdan marixuana, E.Nuriyevdən 21 qramdan artıq və K.Xəlilovdan 17 qramdan artıq tiryək aşkar edilərək götürülmüşdür.Araşdırmalarla K.Xəlilovun Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.