Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Bilalov saxlanılmışdır
05.01.2020Binəqədi RPİ 43-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Bilalov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür.Davam etdirilən tədbirlərlə onun Binəqədi qəsəbəsi ərazisindəki yarmıtikilidə gizlətdiyi 1 kiloqram 510 qram heroin də aşkar edilərək götürülmüşdür.