Bank hesabından pul çıxararaq oğurluqda şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılmışdır
05.01.2020Lənkəran ŞRPŞ-yə müraciət edən Lerik rayon sakini G.Qəmbərova ötən ilin iyul ayında şəhər ərazisindəki bankomatların birindən 400 manat pulunun bank hesabından çıxarılaraq oğurlandığını bildirmişdir.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılmışdır.Ətrafında aparılmış tədbirlərlə onun ötən ilin noyabr ayında Lerik rayon sakini C.Nuriyevin 261 manatını bank hesabından çıxararaq oğurlaması da müəyyən edilmişdir.