Gəncə şəhər sakini B.Səmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança,patron darağı və patron aşkar edilərək götürülmüşdür
05.01.2020Gəncə şəhəri BPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş B.Səmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülmüşdür.