“28 May” stansiyası yaxınlığında yerləşən mağazalardan birinin satıcısına məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
02.01.2020Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində metronun “28 May” stansiyası yaxınlığında yerləşən mağazaların birində satıcı O.Əliyevanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Əhmədov və O.Mürsəlov saxlanılmışlar.
Şəxsi axtarış zamanı O.Mürsəlovdan narkotik vasitə olan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.