Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən piyada vurulmuşdur
02.01.2020Yanvarın 2-də saat 8 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini İsrafil Kərimovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.