Sabunçu rayonu H.Əliyev prospektində “Opel” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişi vurulmuşdur
02.01.2020Yanvarın 2-də saat 23 radələrində Sabunçu rayonu H.Əliyev prospektində Gədəbəy rayon sakini R.Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.