Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
30.12.2019Dekabrın 28-də saat 23 radələrində Binə qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ş.Əliyevin vurulması və xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir.Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini A.Rəcəbov avtomobillə birgə 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.