Nəzir qutusundan pul oğurlamaqda şübhəli bilinən Cəlilabad rayonunun Əliqasımlı kənd sakini O.Mustafayev saxlanılmışdır
30.12.2019Kriminalistik Tədqiqatlar İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ocaqlı kənd məscidində nəzir qutusundan pul oğurlamaqda şübhəli bilinən Əliqasımlı kənd sakini O.Mustafayev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun 1 həyətyanı sahədən 10 baş qoyun, digər həyətyanı sahədən isə təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.