DİO əməkdaşları tərəfindən odlu silah və vasitələri tapılmışdı
30.12.2019Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktiki tədbirlər nəticəsində Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Yeni Yasamal-2 yaşayış sahəsindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron, Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Zabrat qəsəbəsi ərazisində 1 ədəd “Naqan” markalı tapança, 1 ədəd “F-1” və 1 ədəd “RQD-5” qumbaraları və 2 ədəd alışdırıcı tapılmışdır.