Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
26.12.2019Dekabrın 26-da saat 9 radələrində Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində Üçkün kənd sakini İkram Əliyev idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, bir sərnişini xəstəxanaya yerləşdirilmişdir.Araşdırma aparılır.