Ağsu rayonunun Nuran kənd sakini Z.Heydərov saxlanılmış və ondan ov tüfəngi götürülmüşdür
26.12.2019Dekabrın 25-də Ağsu RPŞ-yə müraciət edən Nuran kənd sakini M.Nəcəfov həmin gün həmkəndlisi Z.Heydərov tərəfindən tüfənglə öldürüləcəyi ilə hədələndiyini bildirmişdir.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılmış və ondan müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi götürülmüşdür. Araşdırma aparılır.