Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini X.Quliyev saxlanılmışdır
26.12.2019Şirvan ŞPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkar edilərək götürülmüşdür.