Qəsdən adam öldürməkdə şübhəli bilinən S.Əliyev saxlanılaraq istintaq təhvil verilmişdir
08.12.2019Dekabrın 8-də saat 15 radələrində Astara rayonunun Şiyəkəran kəndində yaşayan, əvvəllər Rusiya Federasiyasında qəsdən adam öldürməyə görə məhkum olunmuş S.Əliyevin evində yanğın baş vermişdir. Nəticədə konstruksiyalar və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra ev sahibinin qonağı olmuş həmkəndlisi Cabir Əliyevin yanmış meyiti tapılmışdır. Məhkəmə-tibbi ekspertizası tərəfindən müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilmişdir.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış istintaq və əməliyyat tədbirləri ilə dekabrın 7-də saat 21 radələrində qeyd edilən evdə C.Əliyevin münaqişə zəminində S.Əliyevə odun parçası ilə, sonuncunun isə ona odun parçası və bıçaqla xəsarət yetirməsi, dekabrın 8-də C.Əliyev öldüyündən isə evini qəsdən yandırıb hadisə yerini tərk edərək xaricə qaçmaq istəməsi müəyyən edilmişdir.
“İsti iz”lərlə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən S.Əliyev saxlanılaraq istintaq təhvil verilmişdir.