Gəncə şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Q.İmanov avtomobillə birgə saxlanılmışdır
08.12.2019Dekabrın 8-də Gəncə şəhəri ərazisindən Daşkəsən rayon sakini C.Əhmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini olan ruhi xəstə Q.İmanov həmin gün hadisə yerinin yaxınlığında avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.