Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini T.Cabbarov saxlanılmışdır
08.12.2019Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Cabbarov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.