18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
04.12.2019Kəpəz RPİ və Metropolitendə PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri M.Şərifov, əvvəllər məhkum olunmuş M.Abdullayev, Şəki rayon sakini V.Abdullayev və Gəncə şəhər sakini, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Ş.Musayev saxlanılmışlar.