Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Astara şəhər sakinləri K.Əlizadə, N.İmaməliyev və V.Malikov narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmışlar

04.12.2019

Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini K.Əlizadə narkotik vasitə olan heroin satarkən saxlanılmışdır.  Şəxsi axtarış zamanı ondan 0,228 qram heroin götürülmüşdür.

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmış həmyerlisi N.İmaməliyev də müəyyən edilərək saxlanılmış, ondan 0,240 qram heroin götürülmüşdür.

Davam etdirilən tədbirlərlə N.İmaməliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş V.Malikov da saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 0,327 qram heroin, yaşadığı evdən isə 910 qram (ağ) civə aşkar edilərək götürülmüşdür.

04.12.2019 tarixinə olan kriminal məlumatlar