Mingəçevir şəhər sakini olan bir yeniyetməyə zor tətbiq edərək mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
04.12.2019Dekabrın 3-də Mingəçevir şəhər sakini olan bir yeniyetməyə zor tətbiq edən 2 nəfərin onun mobil telefonunu alması barədə ŞPŞ-yə müraciət daxil olmuşdur.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Mingəçevir ŞPŞ və Gəncə ŞBPİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri İ.İzzətov, S.İsgəndərov və Mingəçevir şəhər sakini A.Salahov saxlanılmış, sonuncudan 1 ədəd bıçaq götürülmüşdür.