Bir qrup vətəndaşı aldadaraq onlardan ümumilikdə 19.800 manat alan Bakı şəhər sakini M.Məmmədovun barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanmışdır
30.11.2019Cari ilin mart ayında Bakı şəhər sakini M.Məmmədovun sosial müavinət düzəldəcəyi adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 19.800 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olmuşdur.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılmışdır.