Suraxanı rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən YNH-ni törədərək hadisə yerindən yayınmış sürücü İ.Ocaqverdiyev saxlanılmışdır
30.11.2019Noyabrın 28-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Kərimova vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı İ.Ocaqverdiyev saxlanılmışdır.