Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən piyada vurulmuşdur
30.11.2019Noyabrın 30-da saat 21 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Zaur Ağayevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.