Qəbələ rayon sakini Pərvanə İsmayılovanı qətlə yetirməkdə şübhəli bilinən Ucar rayon sakini S.Əzizov saxlanılmışdır
28.11.2019Noyabrın 28-də saat 23 radələrində Binəqədi rayonunun S.S.Axundov küçəsində naməlum şəxs münaqişə zəminində Qəbələ rayon sakini Pərvanə İsmayılovaya bıçaqla xəsarət yetirmiş və yaralı xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ucar rayon sakini S.Əzizov saxlanılmışdır.
Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.