Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonu ərazisində yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər və tütün məmulatları satan mağaza satıcısı Ə.Şükürov barəsində protokol tərtib olunmuşdur

28.11.2019

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xətai rayonu ərazisində keçirdikləri reydlər nəticəsində bir mağazada satıcının yetkinlik yaşına çatmayana tütün məmulatı satması faktı aşkar edilmişdir.

Həmin mağazanın satıcısı – Ə.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunmuşdur.

Bu istiqamətdə reydlər davam etdirilir.

28.11.2019 tarixinə olan kriminal məlumatlar