Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Kamran Xəlilovu qətlə yetirməkdə şübhəli bilinən O.Gərayev saxlanılmışdır

28.11.2019

Noyabrın 28-də saat 23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisindəki restoranların birində Müşfiqabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Gərayev münaqişə zəminində tapançadan açdığı atəşlə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Xəlilovu qətlə yetirmişdir.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən O.Gərayev saxlanılmışdır.

Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

28.11.2019 tarixinə olan kriminal məlumatlar