Yasamal rayonu ərazisində bir neçə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən C.Əliyev saxlanılmışdır
25.11.2019Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərmiş, 1 evin girişindən elektrik açarı və C.Novruzova məxsus “Changan” markalı avtomobildən pul, fleşkart, qulaqcıq və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş C.Əliyev saxlanılmışdır.