Oğurluq etdiyinə görə tutulmuş B.Bünyadovun iki qadının çantalarından pulqabılarını oğurlaması da müəyyən edilmişdir
25.11.2019Oğurluq etdiyinə görə tutulmuş B.Bünyadovun ətrafında Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin oktyabr ayında paytaxtın Nizami rayonunun ərazisində xətt avtobusunda Bakı şəhər sakini Ə.Əliyevanın çantasından içərisində 222 manat və sənədlər olan pulqabısını, habelə noyabrın 13-də Nərimanov rayonu ərazisində xətt avtobusunda paytaxt sakini İ.Məmmədovanın çantasından içərisində 400 manat və sənədlər olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.