Paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində “Mercedes” markalı avtomobillə piyada vurulmuşdur
25.11.2019Noyabrın 25-də saat 14 radələrində paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində Bakı şəhər sakini M.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Güləvər Əhmədovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.