Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.11.2019Noyabrın 24-də saat 23 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Anar Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurmuş və idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobilə dəymişdir. Nəticədə A.Musayev hadisə yerində ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.