Sabirabad rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən YNH-ni törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılmışdır
24.11.2019Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Ə.Zülfüqarovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü, Qaralar kənd sakini A.Talıbov saxlanılmışdır.