Cəlilabad rayon sakini O.Sadıqov ehtiyatsızlıqdan ov tüfəngi ilə özünə xəsarət yetirmişdir
24.11.2019Noyabrın 24-də saat 23 radələrində Cəlilabad rayonunun Soyuqbulaq kənd sakini O.Sadıqov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət almışdır. Xəstəxanaya yerləşdirilmiş O.Sadıqovun vəziyyəti orta-ağırdır.
Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi götürülmüşdür.
Araşdırma aparılır.